Milli Məclisdə büdcə müzakirələri başlayır – 3 gün davam edəcək

  • 11:45 - 12 Noyabr

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Avropa.info-nun məlumatına görə, iclasda "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında”, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirə olunacaq.

Müzakirələr 3 gün, 12, 13 və 14 noyabrda davam edəcək.

Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyard 913,7 milyon manat proqnozlaşdırılır.


Oxunma sayı: 11177

Oxşar yazılar