Devrilmiş Boliviya prezidenti Meksikaya sığındı

  • 12 Noy - 2019

Ordunun tələbi ilə istefa verməyə məcbur edilən Boliviya prezidenti Evo Morales Meksikanın siyasi sığınacaq təklifini qəbul edib.

Avropa.info xəbər verir ki, Morales qərarını “Twitter” də açıqlayıb:

“Meksikaya gedirəm. Qardaşlarımızın həyatımızı xilas etmək üçün göstərdiyi tolerantlığa görə minnətdaram”.

Evo Morales ölkəsini siyasi səbəblərlə tərk etdiyini, lakin daha güclü şəkildə geri qayıdacağını açıqlayıb.

Meksika xarici işlər naziri 60 yaşlı Moralesin Meksikaya uçan təyyarəyə mindiyini açıqlayıb. Meksika Moralesin istefasını hərbi çevriliş qiymətləndirən ölkələr arasında gəlirdi.

Qeyd edək ki, Boliviya paytaxtında ölkədəki Morales tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında münaqişə davam edir. Ölkənin silahlı qüvvələri polisə dəstək verməsi üçün orduya əmr verib. 


Oxunma sayı: 1057

Oxşar yazılar