Səməd Seyidov AŞPA-nın iclasına gedir

  • 11:08 - 12 Noyabr

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları  komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 13-də   Almaniyanın paytaxtı Berlin şəhərinə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, toplantıda quruma üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və diqər aktual məsələlər müzakirə olunacaq.

Deputatımız qatıldığı tədbirlərdə müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcək.
Səfər noyabrın 16-da başa çatacaq.


Oxunma sayı: 3334

Oxşar yazılar