Almaniyada 250 kiloqramlıq bomba zərərsizləşdirilib

  • 23:29 - 11 Noyabr

Almaniyanın Berlin şəhərində İkinci Dünya müharibəsindən qalan 250 kiloqramlıq bomba zərərsizləşdirilib.

Bomba ötən həftə Hellersdorf rayonunda aşkar edilib.

Bildirilir ki, bombanın zərərsizləşdirilməsi üçün 13 min insan təxliyə edilib.

Qeyd edilir ki, bombanın zərərsizləşdirilməsi prosesi uğurlu keçib və insanlar öz evlərinə qayıdıb.


Oxunma sayı: 3796

Oxşar yazılar