ABŞ hərbçilərinin Suriyada müəmmalı yer dəyişimi - Video

  • 23:10 - 11 Noyabr

ABŞ silahlı qüvvələrinin Şərqi Suriyada hərəkətini əks etdirən görüntülər yayılıb. 

Videoda ABŞ ağır zirehli texnikasının Suriyanın şərq hissəsi ilə hərəkət etdiyi görünür. 

Arasında tankların da olduğu 172 iri zirehli texnikanın ABŞ-ın Şimali Suriyadakı Rəqqa və Hələb bölgəsindəki hərbi bazada yerləşdiriləcəyi güman edilir. 

Oxu.az xatırladır ki, oktyabrda ABŞ Suriyanın şimalında hərbi qüvvələr yerləşdirəcəyini və bunun neftlə zəngin ərazilərin hərbçilərin əlinə keçməməsi məqsədi daşıdığını bildirmişdi. 

Suriya parlamentindən isə cavab olaraq demişdilər ki, Dəməşq ərazisindəki neftlə zəngin torpaqlar dövlətin nəzarətinə veriləcək.


UKQ3TXajQOE

Oxunma sayı: 4841

Oxşar yazılar