Məzahir Pənahov: "Bələdiyyə seçkilərində iştirak etmək üçün 34624 nəfər namizədliyini irəli sürüb"

  • 21:13 - 11 Noyabr

“İndiyə qədər bələdiyyə seçkilərində iştirak etmək üçün 34624 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, müraciət edənlərdən 23799 nəfər imza vərəqəsi götürüb: “Onlardan 7952 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb”.

M.Pənahovun sözlərinə görə, bələdiyyə seçkilərində iştirak üçün müraciət edənlərin 31,3 faizi qadınlar, 68,7 faizi isə kişilərdir.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib. 


Oxunma sayı: 8746

Oxşar yazılar