Putin nazirlərə və administrasiya üzvlərinə dedi: “Kim qrip olsa özünü güllələsin”

  • 19:55 - 11 Noyabr

Rusiya prezidenti Vladimir Putin bildirib ki, özü qripə qarşı peyvənd elətdirib və hökumətin bütün üzvləri, o cümlədən Kreml administrasiyasının üzvləri də eynilə hərəkət etməlidir.

Virtualaz.org RİA Novosti-yə istinadən xəbər verir ki, dövlət başçısı daha zonra zarafat edib. Deyib ki, nazirlər qriplə xəstələnsə gərək özlərini güllələsinlər. “Qripə yoluxdun-özünü güllələ. Bəs necə? Qarşısını ala bilərdin-almamasan!”,-Putin deyib.

Hökumət üzvləri ilə görüşü zamanı Putin səhiyyə naziri Veronika Skvortsovanın qripə qarşı peyvənd kampaniyası barədə hesabatını dinləyib. “Rospotrebnadzor” xəbərdarlıq edir ki, vətəndaşlar epidemiya başlamazdan əvvəl peyvənd olmalıdır.


Oxunma sayı: 4643

Oxşar yazılar