Sergey Lavrov Yerevanda: “Dağlıq Qarabağın razılığı olmadan sülh mümkün deyil”

  • 18:39 - 11 Noyabr

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair razılıq əldə etmək bu regionun əhalisinin razılığı olmadan mümkün deyil. Virtualaz.org xəbər verir ki, belə bəyanatla Yerevana səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi brifinqdə çıxış edib.

“Rusiya Dağlıq Qarabağın tamhüquqlu iştirakçı kimi danışıqlar masasına qayıtması təklifinə necə yanaır?” sualına cavab olaraq Lavrov bildirib ki, danışıqlar prosesinin iştirakçılarının tərkibini tərəflər özləri razılaşdırmalı və müəyyən etməlidir.

“Məsləhətləşmələrin və sonrakı danışıqların erkən ərhələsində, döyüş əməliyyatları dayandırılanda Dağlıq Qarabağ müvafiq razılaşmanın və danışıqların iştirakçısı olub, bu danışıqlardan sonra atəşkəs əldə edilib. Hansısa mərhələdə Ermənistan rəhbərliyi, əvvəlki prezidentlərdən biri qərar qəbul etdi ki, Dağlıq Qarabaın maraqlarını Yerevan təmsil edəcək”,-Rusiya XİN rəhbəri qeyd edib.

 

“...Və hamıya aydındır ki, Dağlıq Qarabağ “xalqının” (seçdirmə bizimdir,-red.) razılığı olmadan heç bir razılaşmanı rəsmiləşdirmək mümkün deyil. Ermənistan sadəcə olaraq onu dəstəkləməyəcək”,-Lavrov əlavə edib.

Rusiyaya gəldikdə isə Lavrov deyib ki, Moskva bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində fəal rol oynamağa hazırdır.  Nazirin sözlərinə görə, həmsədrlər istəyir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması maraqların real balansını əks etdirsin.

“Ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi və məsələnin ancaq sülh yolu ilə nizamlanması prinsipləri tərəflər arasında müzakirə olunan sənədlərin bütün variantlarında əksini tapıb. Və istənilən halda yekun həll bütün bu prinsipləri nəzərə almalıdır. Bununla nə Yerevan, nə Bakı mübahisə edir. Amma sonrası diplomatiya sənətidir. İstənilən razılaşma, xüsusən də belə mürəkkəb məsələ ilə bağlı,-kompromislərdir. Və biz həmsədrlər çalışırıq ki, kompromis dürüst olsun, maraqların real və ədalətli balansını əks etdirsin”,-Lavrov deyib.


Oxunma sayı: 12475

Oxşar yazılar