Türkiyə İŞİD terrorçularının deportasiyasına başlayıb

  • 11 Noy - 2019

Türkiyədə saxlanılan İŞİD terror təşkilatı üzvlərinin bu gündən vətəndaşı olduqları ölkələrə deportasiyasına başlanıb.

Bu barədə bu gün Türkiyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsmail Çataklı bildirib.

İ. Çataklı sutka ərzində 3 terrorçunun ölkəsinə göndəriləcəyini nəzərə çatdırıb: "ABŞ-dan olan terrorçunun göndərilməsi üçün hüquqi prosedur başa çatıb. Ankara Almaniyadan olan terrorçuların deportasiyası üçün sənədləri hazırlayır. Gün ərzində Danimarkaya da bir terrorçu göndəriləcək. Bununla da gün ərzində 3 terrorçu deportasiya ediləcək”.

 

 

İ. Çataklı noyabrın 14-də Almaniyadan olan 7 terrorçunun da ölkəsinə göndəriləcəyini nəzərə çatdırıb.

apa


Oxunma sayı: 969

Oxşar yazılar