Gəncədə valyuta mübadiləsi ilə məşğul olan 30 yaşlı kişi küçədə öldürüldü

  • 13:11 - 11 Noyabr

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Hadisə gecə saatlarında Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əliyev Mirağa İlqar oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib.

Məlumata görə, M.Əliyev Gəncədə valyuta mübadilə məntəqəsi işlədirmiş.

  •  

Faktla bağlı cinayət işi başlanıb və hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.(trend)


Oxunma sayı: 4467

Oxşar yazılar