İraqda partlayış zamanı 5 italiyalı hərbçi yaralanıb

  • 12:52 - 11 Noyabr

İraqda kustar üsulla hazırlanmış partlayıcı qurğunun partlaması nəticəsində 5 italiyalı hərbi qulluqçu yaralanıb.

Bu barədə İtaliyanın Müdafiə Nazirliyinin Baş Qərargahı məlumat yayıb.

Hərbçilər İraq təhlükəsizlik qüvvələrinin terrorçu qruplaşmalarla mübarizə üzrə təlim missiyasının tərkibində olublar. Onlar helikopterlə xəstəxanaya çatdırılıb. Yaralılardan üçünün vəziyyəti ağırdır.(apa)


Oxunma sayı: 4214

Oxşar yazılar