Müdafiə naziri: Ukraynada həqiqi hərbi xidmətə çağırış formatı ləğv ediləcək

  • 12:14 - 11 Noyabr

Ukraynada həqiqi hərbi xidmətə çağırış formatı ləğv ediləcək.
Avropa.info xəbər verir ki, bu bəyanatla 1+1 telekanalına müsahibəsində Ukraynanın Müdafiə naziri Andrey Zaqorodnyuk çıxış edib. Nazirin sözlərinə görə, Ukrayna dövləti NATO standartların uyğun olaraq peşəkar ordu sisteminə keçidi nəzərdən keçirir.
“Həqiqi hərbi xidmətə çağırışın ləğv edilməsi əsas hədəfimizdir. Ancaq peşəkar ordunun yaradılması sisteminə keçid tez bir müddətdə mümkün deyil, buna tədricən keçiriləcək”, - deyə nazir əlavə edib.
Onun sözlərinə görə, mövcud şəraitdə müqaviləli ordunun formalaşmasına keçid olduqca realdır. O həmçinin qeyd edib ki, Silahlı Qüvvələrin qurulması sistemi hərbçilərə əsaslanmamalıdır.


Oxunma sayı: 12090

Oxşar yazılar