İmişlidə minik avtomobilləri toqquşub, xəsarət alan var

  • 10:20 - 11 Noyabr

İmişli rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

“VAZ-21015” markalı avtomobillə “VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində İmişli sakini, 1993-cü il təvəllüdlü Sultanlı Namiq Adil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(report)


Oxunma sayı: 2432

Oxşar yazılar