Boliviyanın keçmiş prezidenti barədə həbs qərarı çıxarılıb

  • 10:00 - 11 Noyabr

Boliviyada hərbçi və polislər keçmiş prezident Evo Moralesin həbs edilməsi üçün axtarış elan ediblər.

Bu barədə müxalifətin üzvü Luis Fernando Kamaço bildirib. Onun sözlərinə görə, E. Morales barəsində həbs qərarı çıxarılıb.

Bundan əvvəl səhiyyə naziri Qabriela Montanyo Boliviya polisinin Moralesi həbs etmək niyyətində olduğunu bildirmişdi.


Oxunma sayı: 2487

Oxşar yazılar