Boliviya Prezidenti istefa verdi

  • 02:11 - 11 Noyabr

Boliviya Prezidenti Evo Morales rəsmən istefa verdiyini elan edib.

İstefa xəbəri Boliviya liderinin ölkədə yeni prezident seçkilərinin keçiriləcəyini elan etməsindən az sonra məlum olub. Yeri gəlmişkən, Prezident seçki anonsunu verərkən, Ali Seçki Məhkəməsinin heyətinin tamamilə dəyişdirilməsinə də qərar vermiş, xalqı gərginliyi azaltmağa və hər kəsin mənafeyi naminə zorakılığa son qoymağa çağırmışdı.

Xatırladaq ki, Boliviyada Evo Morales oktyabrın 20-də yenidən prezident seçilib və müxalifət seçki nəticələrini tanımadığını açıqlayıb. Ölkədə həmin gündən etibarən şiddətli qarşıdurmalar yaşanıb. Bəzi ərazilərdə hüquq-mühafizə orqanları əməkdaşları da müxaliflərin cərgəsinə qoşulub.

Etirazlar zamanı baş verən toqquşmalarda 3 nəfər ölüb, 380 nəfər xəsarət alıb


Oxunma sayı: 4819

Oxşar yazılar