Banqladeşdə qasırğa nəticəsində 13 nəfər ölüb

  • 10 Noy - 2019

Banqladeş sahillərində baş vermiş “Bulbul” qasırğası nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Bundan əvvəl qasırğa nəticəsində 6 nəfərin öldüyü bildirilmişdi. 

Təbii fəlakət nəticəsində 30 nəfər yaralanıb, 36 nəfər tkin düşüb.

Hökumətin təşəbbüsü ilə sahilyanı ərazilərin 2 milyona yaxın sakini təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib.

Qasırğa 6 mindən çox yaşayış binasına ziyan vurub.

 

Report


Oxunma sayı: 364

Oxşar yazılar