“Bulbul” qasırğası nəticəsində Banqladeş və Hindistanda 8 nəfər ölüb

  • 10 Noy - 2019

“Bulbul” qasırğası nəticəsində Banqladeşdə 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

 “bdnews24” portalı 1,8 milyon insanın qasırğa ilə əlaqədar yaşayış yerini tərk etdiyini yazıb.

“Bulbul” qasırğası dünən axşam saatlarında Banqladeş ərazisində dağıntılara yol açıb, daha sonra isə Hindistanın Qərbi Benqaliya əyalətini vurub.

Banqladeşin Kxulna dairəsində qasırğanın devirdiyi ağac bir qadın və kişinin üzərinə düşüb və onlar həyatını itirib. Patuakxali dairəsində ağacın üzərinə aşdığı evdə olan yaşlı kişi ölüb. Sığınacaqda gizlənən bir qadın da təbii fəlakətin qurbanı olub.

“Times of India” qəzeti isə “Bulbul” qasırğasının ölkədə 4 nəfərin ölümünə səbəb olduğunu yazıb.(apa)


Oxunma sayı: 771

Oxşar yazılar