Ucarda 3 gün əvvəl bıçaqlanan şəxs ölüb

  • 17:32 - 10 Noyabr

Ucarda 3 gün əvvəl bıçaqlanan rayon sakini xəstəxanada ölüb.

Ucar Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Abbas Malik oğlu Feyzullayev ötən gün axşam saatlarında orada ölüb.

Qeyd edək ki, hadisə noyabrın 7-də axşam saatlarında şəhərin 20 yanvar küçəsində qeydə alınıb. Rayon sakini Nazim Əbil oğlu Səfərovla Abbas Malik oğlu Fərzaliyev arasında baş verən münaqişə bıçaqlanma ilə nəticələnib. N. Səfərov A. Fərzaliyevə 4 bıçaq zərbəsi vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.(apa)


Oxunma sayı: 2817

Oxşar yazılar