Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir

  • 16:54 - 10 Noyabr

Türkiyə Cümhuriyyətinin qurucusu, türk millətinin ulu öndəri Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü ölkədə müxtəlif tədbirlərlə qeyd edilir.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlət və hökumət rəsmiləri, siyasi partiyaların nümayəndələri Anıtqəbirə gələrək Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər.
İstanbulun Taksim Meydanında Mustafa Kamal Atatürkün xatirəsini anma mərasimi keçirilib.
Ulu Öndərin vəfat etdiyi yerli vaxtla saat 09.05-də ölkədə bir dəqiqəlik sükut elan edilib, İstiqlal Marşı səsləndirilib.
Türkiyə Cümhuriyyətinin qurucusunun Dolmabağça Sarayındaki otağında da mərasim keçirilib.
Yeli vaxtla səhər saat 07.00-dan etibarən vətəndaşlar Dolmabağça Sarayına axın edir. Sarayın qarşısında səhər saatlarından etibarən uzun növbələr müşahidə olunur.
Bundan başqa, Türkiyə Böyük Millət Məclisində də Atatürkü anma mərasimi keçirilib.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
 


Oxunma sayı: 4775

Oxşar yazılar