Kürdəmirdə qəza: xəsarət alanlar var

  • 16:35 - 10 Noyabr

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik maşını ilə "Niva" markalı avtomobil toqquşub. Nəticədə "Niva"nın sürücüsü Şükürov Əfqan Səməd oğlu və onun sərnişinləri - Əliyev Vüqar Xancan oğlu və Qarayev Ayaz Bayılxan oğlu müxtəlif növ bədən xəsarəti alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.


Oxunma sayı: 2652

Oxşar yazılar