Züqanov Qorbaçovu “cinayətkar” adlandırdı - Həbs olunmalıdır

  • 10 Noy - 2019

Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçovun yenidənqurmadan peşman olmaması barədə açıqlamasına sərt münasibət bildirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Züqanov Qorbaçovun ölkəni parçaladığını, ölkənin-böyük gəminin sükanını sındırdığını qeyd edib.

Kommunistlərin rəhbəri vurğulayıb ki, SSRİ-nin keçmiş lideri, yenidənqurma ilə bağlı müqayisə aparmalı deyil, türməyə salınmalıdır: "O, sadəcə axmaq deyil, cinayətkardır! O, müddət məhdudiyyəti olmayan cinayət törədib!".


Oxunma sayı: 1420

Oxşar yazılar