Reper Kanye Uest ABŞ-da prezident seçkilərində iştirak edəcək

  • 14:40 - 10 Noyabr

Hip-hop ifaçısı Kanye Uest 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırır.

APA-nın “Hollywood Reporter”ə istinadən verdiyi məlumata görə, reper bunu Nyu-Yorkda “Fast Company Innovation Festival” innovasiya festivalında çıxışı zamanı bəyan edib.

Hər 3 afroamerikalıdan birinin həbsdə olduğunu qeyd edən K. Uest deyib ki, Martin Lüter Kinqi arzusuna görə yox, danışmağa hazırlaşdığı ideyalara görə öldürüblər. Reper qaradərililərin hüquqlarının genişləndirilməsi və onlar üçün iş imkanlarının yaradılmasının vacib olduğunu vurğulayıb.


Oxunma sayı: 4016

Oxşar yazılar