NATO Baş katibi Vaşinqtona gedir

  • 14:00 - 10 Noyabr

ABŞ Prezidenti Donald Tramp noyabrın 14-də NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşəcək.

Virtualaz.org bildirir ki, bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb.

Məlumata görə, görüş üçün Stoltenberq Vaşinqtona səfər edəcək.

Tərəflər NATO üzrə müttəfiqlərin müdafiə xərclərinin artımı və ödəmələrin daha ədalətli bölgüsünü müzakirə edəcəklər.

Görüşdə NATO-nun müdafiəsi, xarici təhdidlərə qarşı zəruri tədbirlərin görülməsi, terrorla və kibertəhlükə ilə mübarizənin diqqət mərkəzində saxlanılması haqda da fikir mübadiləsi aparılacaq.


Oxunma sayı: 7877

Oxşar yazılar