Kiyevdə İkinci Dünya Müharibəsindən qalmış sursat anbarı aşkarlanıb - FOTO

  • 13:20 - 10 Noyabr

Ukraynanın paytaxtı Kiyevdə İkinci Dünya Müharibəsindən qalmış döyüş sursatı anbarı aşkarlanıb.

Bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko özünün "Facebook"dakı səhifəsində yazıb.

O, bildirib ki, şəhərdə, "Şulyavskoqo" keçidinin yanında demək olar, 100 ədəd döyüş sursatının olduğu, İkinci Dünya Müharibəsindən qalmış anbar tapılıb.

Merin sözlərinə görə, bütün mərmilər götürülüb və məhv edilməsi üçün poliqona aparılıb.


 


Oxunma sayı: 8504

Oxşar yazılar