Xərçəng xəstəliyinə iki dəfə qalib gələn boksçu rinqdə vəfat edib

  • 13:00 - 10 Noyabr

Avstraliyalı boksçu Duayt Riçi məşq zamanı aldığı zərbədən dünyasını dəyişib.

Bu barədə BoxingScene məlumat yayıb.

Nəşrin məlumatına görə, idmançı həmyerlisi Maykl Zerefa ilə birlikdə məşq edərkən özünü pis hiss edir və bir anlıq dayanmağı xahiş edir. Bu zaman o, huşunu itirir. Həkimlər 27 yaşlı idmançının həyatını xilas edə bilmirlər.

Uşaqlıq illərində Riçiyə iki dəfə xərçəng diaqnozu qoyulsa da, hər iki halda xəstəliklə mübarizədən qalib ayrılmışdı. (Apa)


Oxunma sayı: 7030

Oxşar yazılar