Tramp prezidentlikdən sonra televiziyaya qayıtmayacağını açıqlayıb

  • 12:40 - 10 Noyabr

ABŞ lideri Donald Tramp prezidentlikdən getdikdən sonra hansı işlə məşğul olacağı barədə yayılan məlumatlara aydınlıq gətirib.

Tramp ölkə başçısı vəzifəsindən getdikdən sonra televiziyaya qayıtmayacağını deyib.

“Daily Beast” portalı bir müddət əvvəl məlumat yayıb ki, ABŞ lideri populyar The Apprentice ("Şagird") teleşousunun yaradıcı Mark Barnettlə telelayihədə iştirak imkanlarını müzakirə edib. Lakin Tramp prezident postunu tərk etdikdən sonra yenidən televiziyaya qayıdacağı ilə bağlı məlumatları təkzib edib: "Bu doğru deyil, belə bir söhbət olmayıb".

Tramp etiraf edib ki, onun hətta televiziya haqqında düşünməyə belə vaxtı yoxdur.(apa)


Oxunma sayı: 6073

Oxşar yazılar