Avstraliyada yanğınlar zamanı 150-dən çox ev yanıb, ölənlər, itkin düşənlər var - FOTO

  • 11:20 - 10 Noyabr

Avstraliyada meşə yanğınları zamanı 150-dən çox ev məhv olub.

Bu barədə Yeni Cənubi Uels ştatının yanğınsöndürmə xidməti məlumat yayıb.

Qeyd edilir ki, Avstraliyanın şərq hissəsində təbii hadisə ilə əlaqədar azı 2 yerli sakin həlak olub, daha 5 nəfər itkin düşmüş hesab edilir.

Hazırda yanğınlar Sidneydən 550 kilometrdə məsafəyə çatıb.

"Yanğınlar artıq iki nəfərin həyatına son qoyub. Biz bu rəqəmin arta biləcəyini gözləyirik", - deyə Avstraliyanın baş naziri Skott Morrison bildirib.

Morrison əlavə edib ki, ölkə rəhbərliyi hərbçiləri yanğınlar zamanı zərərçəkənlərə təcili kömək göstərilməsi üçün cəlb etmək imkanını nəzərdən keçirir. 


report


Oxunma sayı: 8427

Oxşar yazılar