Boliviyada müxalifət dövlət radiostansiyasını və telekanalını ələ keçirib

  • 11:00 - 10 Noyabr

Boliviyada müxalifət tərəfdarları ölkədə etirazları nümayiş etdirməyən "Patria Nueva" dövlət radiostansiyasını və "Bolivia TV" (BTV) milli telekanalını ələ keçiriblər.

Bu barədə "Patria Nueva"nın direktoru İvan Maldonado RİA "Novosti"yə bildirib.

"Studiyalarımızı mühasirəyə alan etirazçılar jurnalist işimizi dayandırmayacağımız təqdirdə avadanlığı məhv etməklə hədələyərək bizi təxminən iki saat saxladılar", - deyə Maldonado bildirib.

Məlumata görə, "Patria Nueva"nın direktoru dövlət KİV-in yayımının aparıldığı binanı tərk etməyə məcbur olub.

Qeyd edək ki, Boliviya prezidenti Evo Morales daha əvvəl özünün "Twitter"dəki səhifəsində ölkədə dövlət çevrilişi təhlükəsi haqqında bildirib. O, hücumları ittiham edib. Dövlət başçısı qeyd edib edib ki, etirazçılar "diktator rejimləri" kimi hərəkət edirlər.

Boliviyada etirazlar oktyabrın 20-də başlayıb və bu günə kimi davam edir.(report)


Oxunma sayı: 6480

Oxşar yazılar