Türkiyədə qanunsuz miqrantları daşıyan qayıq batıb

  • 20:42 - 09 Noyabr

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunun sahillərinə yaxın bölgədə ölkəni qanunsuz yolla tərk etmək istəyən miqrantları aparan rezin qayıq batıb. 

Avropa.info xəbər verir ki, qayıqda olan yeddi nəfərdən altısı Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xilas edilib. 

Hazırda itkin düşən bir nəfərin axtarışları davam edir. Axtarışlara helikopterlər cəlb olunub.


Oxunma sayı: 8889

Oxşar yazılar