Yaponiyanın “Kansay” aeroportunun uçuş-enmə zolağı drona görə növbəti dəfə bağlanıb

  • 17:06 - 09 Noyabr

Noyabrın 9-da Yaponiyanın “Kansay” aeroportunun uçuş-enmə zolaqları ərazidə uçan drona görə növbəti dəfə bağlanıb.

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Xatırladaq ki, bu, həftə ərzində baş verən ikinci belə hadisədir. Belə ki, noyabrın 7-dən 8-nə keçən gecə beynəlxalq aeroportun operatoru naməlum uçan obyektə görə uçuş enmə zolaqlarını bağlamaq məcburiyyətində qalmışdı. Həmin gün təqribən 30 reys ya təxirə salınmış, ya da digər aeroportlara yönəldilmişdi.

Bildirilir ki, aeroportun təhlükəsizlik xidmətinin polislə birlikdə apardığı araşdırmalar hələlik heç bir nəticə verməyib. Eyni zamanda, həmin gün aeroportun təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlərin görülməsi qərara alınıb.

Qeyd edək ki, “Kansay” aeroportu “Narita” və “Haneda” aeroportlarından sonra Yaponiyanın üçüncü ən böyük beynəlxalq aeroportudur.


Oxunma sayı: 4786

Oxşar yazılar