Daşkənddə iki avtobus toqquşub, ölən və yaralananlar var

  • 15:28 - 09 Noyabr

Özbəkistanın Daşkənd vilayətində “İsuzu” markalı iki avtobus toqquşub.

Akkurqan-Yanqiyul magistralında baş verən qəza nəticəsində azı 1 nəfər ölüb, 38 nəfər yaralanıb.

Bildirilir ki, sərnişin avtobusları bir-biri ilə yarışırmışlar. Nəticədə onlar yan-yana toqquşaraq aşıblar.

Hadisə ilə bağlı cinayət işi açılıb. Hər iki sürücü məsuliyyətə cəlb olunub, istintaq aparılır.


Oxunma sayı: 8581

Oxşar yazılar