BMT-dən sensasiyalı Mursi açıqlaması : "Mursinin ölümü dövlət dəstəkli cinayət ola bilər"

  • 13:18 - 09 Noyabr

BMT Misirin seçilmiş ilk prezidenti Məhəmməd Mursinin məhkəmə salonunda ölməsi ilə bağlı ilk raportunu açıqlayıb.

Avropa.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının məhkəməsiz və özbaşına edam işləri üzrə xüsusi məruzəçisi Agnes Callamard və BMT-nin özbaşına həbslər üzrə işçi qrupu yaydıqları birgə yazılı açıqlamada, Mursinin qəsdən öldürülə biləcəyini qeyd ediblər.

"Dr. Mursi xüsusi bir şəraitdə Tora həbsxanasında 5 il sadəcə acımasız sayıla biləcək bir şəraitdə saxlanıldı. Mursinin bu ağır şərtlərdə saxlanılmadan sonra ölməsi, dövlət dəstəkli bir cinayət ola bilər" - açıqlamada belə deyilir.

Mursinin gündə 23 saat təkadamlıq kamerada saxlanıldığını, digər məhkumları görməyə icazə verilmədiyini, beton döşəmədə yalnız iki ədyal ilə yatmağa məcbur edildiyini, kitab, jurnal oxumağa, radio dinləməyə icazə verilmədiyini bildirən ekspertlər, bunları deyiblər:

"Biz minlərlə mənbədən Misirdə saxlanılan tutulan minlərlə məhbusun ciddi insan hüquqları pozuntularına məruz qaldıqlarına dair sübutlar aldıq. Onların bir çoxunun ölüm riski ola bilər. Bu, mövcud Sisi hökumətinin müxalifləri susdurmaq üçün ardıcıl və qəsdən tətbiq etdiyi bir zülmdür." 

Xüsusi məruzəçi Callamard və mütəxəssislər, Mursinin demək olar ki, ölümə tərk edildiyini, diabet və yüksək təzyiq müalicələrindən məhrum edildiyinə diqqət çəkiblər.

Mursi'nin sol gözünün tədricən görmə qabiliyyətini itirməsi, təkrarlanan diabetik koma və dəfələrlə huşunu itirdiyini xatırladan mütəxəssislər, bu səbəbdən diş çürükləri və diş əti infeksiyası yaşadığını bildiriblər.

Mütəxəssislər, Misir səlahiyyətlilərinə Mursinin saxlanılma şəraitinin onun ölümünə səbəb ola biləcəyi ilə bağlı dəfələrlə xəbərdarlıq etdiklərinə diqqət çəkiblər.  
 

Misirin xalq tərəfindən seçilmiş ilk  prezidenti Məhəmməd Mursi, 17 iyun 2012-ci ildə prezident seçkilərində qalib gəldiyi günün 8-ci ildönümündə, yəni 17 İyun 2019-cu ildə məhkəmə salonunda vəfat edib.  

Avropa.info    


Oxunma sayı: 7382

Oxşar yazılar