"NATO-nun dövrü başa çata və qurum dağıla bilər" - ABŞ-dan sensasiyalı NATO açıqlaması

  • 12:48 - 09 Noyabr

ABŞ dövlət katibi Mayk Pompeo NATO üzvlərinə xəbərdarlıq edib.

Avropa.info xəbər verir ki, Berlində çıxış edən ABŞ dövlət katibi Mayk Pompeo Çinin öz xalqına təzyiq etdiyini və Rusiyanın qonşu dövlətləri işğal etməkdən çəkinmədiyini deyib.

Pompeo, Fransa prezidenti  Makronun "NATO-da beyin ölümü baş verdi" fikiri ilə razılaşmadığını ifadə edərək,  NATO-nun 70 ildən sonra inkişaf etməli və dəyişməli olduğunu bildirib. 

"Bugünkü reallıqlar və çətinliklərlə qarşılaşmaq lazımdır. Dövlətlər NATO-nun ehtiyac duyduğu qaynaqları təmin etmədən və verdiyi vədlərə əməl etmədən NATO-nun müdafiə faydalarından istifadə edə biləcəyini düşünürsə, bu təşkilat təsirsiz hala düşə bilər. BU zaman NATO-nun dövrü başa çata bilər" - Pompeo belə deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp tez-tez  NATO üzvü olan Avropa ölkələrini kifayət qədər hərbi xərc verməməkdə və müdafiə ehtiyacları üçün ABŞ-a bel bağlamaqda ittiham edir.

Avropa.info


Oxunma sayı: 11815

Oxşar yazılar