Milyarderlərin sərvəti 8,5 trilyon azaldı

  • 23:50 - 08 Noyabr

Dünyadakı milyarderlərin sərvəti 2018-ci ildə 8,5 trilyon dollar azalıb. 

Virtualaz.org bildirir ki, bu məlumatı İsveçrənin UBS bankı yayıb. Məlumata görə, azalmaya səbəb güclü dollar və fond bazarlarındakı volatillik olub. 

Keçən 5 il ərzində dünyadakı qadın milyarderlərin sayının 46% artdığı vurğulanıb. 

UBS-in top menecerlərindən biri olan Cozef Stadler 5 illik milyarder bumundan sonra hazırda korreksiyanın yaşandığını vurğulayıb: “Daha güclü dollar fond bazarlarındakı böyük qeyri-müəyyənliklə birləşərək, sərt geosiyasi mühitdə bu geriləmə üçün şərait yaradıb. Bununla belə aydındır ki, milyarderlərin biznesi çiçəklənməyə davam edir”.


Oxunma sayı: 4819

Oxşar yazılar