Gürcüstanda xüsusi əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

  • 08 Noy - 2019

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Poti şəhərində xüsusi əməliyyat keçiriblər.

“Report” xəbər verir ki, əməliyyat zamanı Poti Şəhər Şurasının sədri və daha dörd şəxs dələduzluq yolu ilə xüsusilə böyük həcmdə əmlakın mənimsənilməsində şübhəli bilinirlər.

Saxlanılan şəxslərin üçü vəzifəli şəxs, digəri isə Potinin keçmiş meridir.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 11 ildən 15 ilədək həbs cəzası gözləyir. 


Oxunma sayı: 947

Oxşar yazılar