Dövlət bayrağı günü İmişli rayonunda qeyd olunub - Foto

  • 08 Noy - 2019

İmişli rayonu Bayraq Muzeyində “Dövlət Bayrağı Günü” ilə əlaqədar tədbir keçirilib.

Avropa.info xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Sonra giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev öz nitqində Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin rəmzi olduğunu və hər bir xalqın müqəddəs dövlət rəmzlərindən biri olan bayraq onun varlığının, mövcudluğunun sübutu, dövləti qurmağın və ona sahib çıxmağın əsas göstəricilərindən biri olduğunu bildirmişdir. Başçı öz nitqini davam etdirərək həmçinin bildirmişdir ki, dövlət rəmzlərimizin yaradılması, onun formalaşması və geniş ictimaiyyət tərəfindən mənimsənilməsi Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və məqsədyönlü siyasəti nəticəsində mümkün olduğunu və bu bayrağın tezliklə işğal olunmuş torpaqlarımızda dalğalanacağını bildirmişdir.  Daha sonra çıxış edən natiqlər dövlət rəmzlərimizdən biri olan və xalqımızın qürur mənbəyi olan üçrəngli bayrağımızın əbədiliyindən danışdılar. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başa çatmışdır. 

 
 

 

 

 






 



 

 


Oxunma sayı: 1255

Oxşar yazılar