Ərdoğan: ""Barış Pınarı" əməliyyatı davam edəcək"

  • 08 Noy - 2019

Macarıstan səfərindən qayıdan Türkiyə prezidenti Ərdoğan jurnalistlərin sualına cavab verib.

Avropa.info xəbər verir ki, Ərdoğan Suriyanın şimalında yerləşən Tel Abyad və Rasulayn bölgəsinə türk ordusunun nəzarət etməsinə baxmayaraq, cənub istiqamətdən terrorçuların mütəmadi şəkildə atəş açdığını deyib:

“Tel Abyad və Rasulyan bölgəsinə nəzarətimiz davam edir. Ancaq Rasulaynın cənubunda Tel Tamer bölgəsi var. Bura terror təşkilatının olduğu yerdir. Terror təşkilatı rahat dayanmır və oradan sərhədimizi mütəmadi şəkildə atəşə tutur. Eyni vəziyyət Mənbicdədir. Eyni vəziyyət Ayn əl-Ərəb ətrafındadır. PKK-PYD-YPG ən kiçik fürsətdə bunu edir. Məsələn, dünən Tel Tamer bölgəsində terrorçular Suriya Milli Ordusuna qarşı hücuma keçdilər, 11 nəfər şəhid oldu. Təbii ki, onlar da bunu qarşılıqsız qoymadılar. Onlar da 10-dan çox terrorçu öldürdü. Mübarizəmiz bu şəkildə qətiyyətlə davam edir. ABŞ səfərində bunların hamısını bölüşəcəyik. Ancaq Rasulaynın şərqində Qamışlıya doğru ABŞ hərbçiləri terror təşkilatı ilə patrul xidməti apardılar. Biz də ilə Rusiya iki dəfə patrul xidməti həyata keçirdik. Hazırda bunlar davam edir və davam edəcək”.

Jurnalistin “Bu halda “Barış Pınarı” əməliyyatı davam edəcək deyə bilərikmi?” sualına Türkiyə prezidentinin cavabı belə olub:

“Qəti şəkildə. Son terrorçu bölgəni tərk etmədikdən sonra biz bu işdən əl çəkmərik. Bu işin bir miqyası. İkincisi, digər ölkələr buradan çıxmadıqdan sonra biz buradan çıxmarıq. Biz Suriyanın suverenliyi, bərabərliyi, ərazi bütövlüyünün tərəfdarıyıq. Əsla parçalanmasını da istəmərik. Əgər digər ölkələr də bunun tərəfdarıdırsa, özlərinin də bunu sübut etməsi lazımdır. Onlar sübut edəcəklər ki, bizdən bunun sübutunu istəsinlər. Bunların heç birinin burada sərhədi yoxdur, amma bizim burada sərhədimiz var. Ən qərb nöqtədən ən şərq nöqtəyə qədər 911 km Suriya sərhədimiz var. Halbuki burda nə Rusiyanın, nə ABŞ-ın, nə də İranın sərhədi var. Sadəcə İraqın bir az sərhədi var. Bizim “Adana müqaviləsi” kimi sənədimiz var. Bu terror təşkilatları təmizlənmədikcə “Adana müqaviləsi”nin bizə verdiyi səlahiyyəti, buradakı mövqeyimizi eyni formada davam etdirəcəyik”.


Oxunma sayı: 716

Oxşar yazılar