Heydər Əliyev Fondu uşaq evləri və internat məktəbləri üçün tədbir keçirdi

  • 17:34 - 08 Noyabr

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xətai rayonundakı idman-əyləncə park kompleksi ərazisində uşaqlar üçün növbəti tədbir keçirilib.

Heydər Əliyev Fondundan Avropa.info-ya verilən məlumata görə, 9 noyabr-Dövlət Bayrağı Günü ərəfəsində təşkil olunan tədbirdə Bakının müxtəlif uşaq evləri və internat məktəblərinin sakinləri iştirak edib.

Uşaq və yeniyetmələr Azərbaycan bayrağına olan sevgilərini nümayiş etdirərək rəngli təbaşirlərlə «Mənim sevimli bayrağım» mövzusunda müxtəlif rəsmlər çəkiblər.

 

 

 


Oxunma sayı: 2795

Oxşar yazılar