İlham Əliyev Kambocanın Kralını təbrik etdi

  • 16:54 - 08 Noyabr

Prezident İlham Əliyev Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə təbrik ünvanlayıb.

Avropa.info xəbər verir ki, təbrikdə deyilir:

“Əlahəzrət,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Kamboca arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram”.


Oxunma sayı: 3741

Oxşar yazılar