“ABŞ səfəri zamanı özünə təqdim edəcəm” – Ərdoğan Trampın məktubu haqda danışdı

  • 08 Noy - 2019

Türkiyə prezidenti Ərdoğan Macarıstan səfərində geri qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavab verib.

Avropa.info xəbər verir ki, Ərdoğan Trampın ona göndərdiyi nəzakətsiz məktubla bağlı danışıb. O, 13 noyabrda ABŞ-a səfəri zamanı məktubu Trampın özünə təqdim edəcəyini deyib:

“Terror təşkilatının Məzlum Kobani ləqəbi verdiyi Fərhad Abdi Şahin adlı terrorçu PKK terror təşkilatının liderlərindən biridir. Keçən axşamkı görüşümüzdə cənab Trampa dedim ki, “Təəssüf ki, siz belə bir adamla görüşürsünüz. Belə bir adamla görüşməyinizi qınayırıq”. Əlimizdə məlum məktub var. Bu məktubu mən cənab Trampa təqdim edəcəm. Siz mənə bu məktubu bu adamın vasitəçi olmasını fikirləşərək göndərdiniz. Mənim sizə dediklərim bəllidir. Dedim ki, “Mən belə terrorçu və terror təşkilatı ilə danışıqlara getmərəm. Cavab olaraq “Pensi göndərəcəm” dedi. Daha sonra Pens, Pompeo və O`Brayan da olmaqla bizə göndərdi. Dostlarımız bir gün əvvəl O`Brayanla görüşdülər. Sonra ikinci gün Pens və Pompeo gəldi. Mən Penslə üzbəüz görüş keçirdim. İkitərəfli görüşdən sonra heyətlər arası görüşümüz başladı və 120 saat qərarını orada müqavilə mətni içinə daxil etdik. Nələr baş verəcək, nələr həyata keçiriləcək hamısını o mətnin içərisində ictimaiyyətə açıqladıq. Hazırda mətn qüvvədədir. Fərhad Abdi Şahin adlı adamın bir çox terror hücumların iştirak etdiyini bilirik”.

Ərdoğan Trampla iki gün əvvəl keçirdiyi telefon görüşünə də toxunub:

“Srağagün axşam cənab Trampla görüşümüz oldu. Bu telefon görüşündən sonra 13 noyabrda ABŞ-a getmək qərarı verdik. Dostlarımızla birgə apardığımız qiymətləndirmə nəticəsində səfərin vacib olduğunu və bu səfərlə “Barış Pınarı” əməliyyatının indiki vəziyyətini üzbəüz müzakirə etməyin faydalı olacağı qənaətinə gəldik. Bunu zatən cənab Trampla görüşümüzdə özünə dedik. Ayın 13-dən bu günə qədər müzakirə etdiyimiz və etmədyimiz bir çox məsələni üz-üzə müzakirənin faydalı olacağı qənaətindəyəm. Təbii ki, Suriya təhlükəsizlik zonası və qaçqınların öz torpaqlarına geri dönüşü məsələlərini də masaya qoyacağıq. İstər s-400, istər F-35, istərsə də 100 milyard dollarlıq ticarət miqyası məsələlərini də müzakirə edəcəyik. FETÖ ilə mübarizə və “Halkbank” məsələsini də müzakirə edəcəyik”.


Oxunma sayı: 848

Oxşar yazılar