Suriyanın neft gəlirləri terrorçuların cibinə gedəcək – Pentaqon açıqladı

  • 08 Noy - 2019

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyanın sima-şərqində yerləşən neft yataqlarından əldə edilən neft gəlirlərinin ABŞ-a yox, ABŞ-ın dəstək verdiyi əsasını YPG/PKK terror təşkilatının formalaşdırdığı SDQ-yə gedəcəyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Pentaqon sözçüsü Conatan Hofman keçirdiyi mətbuat konfransında neft yataqları ilə bağlı “Buralarda əldə ediləcək gəlir ABŞ-a getmir, SDQ-yə gedəcək” deyib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp amerikan qoşunlarının Suriyanın əksər yerlərindən çıxdığını bəyan etsə də, Qamışlıdan şərqdəki və Deyr-əz-Zor vilayətindəki neft yataqlarında qalacağını bəyan etmişdi. Regionda neçə nəfər ABŞ hərbçisinin qalması ilə bağlı məlumat yoxdur, amma “Reuters”in məlumatına görə, bu rəqəm 1000 nəfərdən azdır.


Oxunma sayı: 1068

Oxşar yazılar