“Amnesty İnternational”: “İraqda etirazçılara qarşı istifadə olunan ölümcül qaz bombaları İran istehsalıdır”

  • 08 Noy - 2019

“Amnesty İnternational” təşkilatı İraq hökumətinə qarşı etiraz aksiyalarında insan ölümlərinə yol açan qaz bombalarının bir hissəsinin İran istehsalı olduğunu müəyyən edib.

Avropa.info xəbər verir ki, hüquq-müdafiə təşkilatının dərc etdiyi “İraqda etirazçıların kəllə sümüyünü deşən ölümcül gözyaşardıcı qaz bombaları” adlı hesabatda aparılan tədqiqatlar zamanı əvvəl Serbiya istehsalı qaz bombalarından istifadə edildiyi yeni analizlərdə isə aşkara çıxan "M651" və "M713" tipli bombaların İran Müdafiə Sənayesi Təşkilatına məxsus olduğu qeyd olunub.

Ölümlərin böyük hissəsinin İran istehsalı qaz bombaları ucbatından baş verdiyinin əks olunduğu hesabatda bombalardan istifadə edən İraq təhlükəsizlik qüvvələrinin şəxsiyyətinin müəyyən edilmədiyi bildirilir.

“Amnesty İnternational” ölümlərə və yaralanmalara səbəb olan qaz bombalarından istifadənin dayandırılması, müstəqil və şəffaf istintaqın aparılması ilə bağlı İraq hökumətinə çağırış edib.

Xatırladaq ki, İraqda işsizlik, korrupsiya və sosial problemlərə görə 1 oktyabrdan bəri davam edən etiraz aksiyalarında 254 etirazçı həyatını itirib, minlərlə adam yaralanıb.


Oxunma sayı: 760

Oxşar yazılar