"Avropanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyindən asılıdır" – Prezident Administrasiyasının rəsmisi Suriya böhranı ilə bağlı çağırış etdi

  • 08 Noy - 2019

"Suriyada İkinci Dünya Müharibəsindən bu yana ən acınacaqlı humanitar fəlakətin şahidi oluruq. Bu böhran Avropa İttifaqının sərhədlərində baş verir. Bu kritik anda avropalı dostlarımızı və Aİ-ni bir daha Türkiyə ilə məsuliyyəti və yükü bölüşməyə çağırırıq. Heç vaxt gec deyil!"

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin Rəhbəri Fəxrəddin Altun özünün “Twitter” səhifəsində yazıb.

Prezident Administrasiyasının qeyd edib ki, Suriyada böhran başladığı gündən bəri Türkiyə bu ölkədə humanitar fəlakətlərin nəticələrini yüngülləşdirmək üçün təhlükəsiz zonalar yaratmağı təklif edir.

Fəxrəddin Altun daha sonra yazır:

"Egey və Aralıq dənizlərində baş verən faciələr bunun zəruri olduğunu göstərir. Bütün avropalı dostlarımızı Suriyada təhlükəsiz zona yaratmaqda bizimlə əməkdaşlığa dəvət edirik. Aİ üzvləri də verdiyi sözlərə əməl etməli və qaçqın məsələsində Türkiyə ilə razılaşmaya uyğun hərəkət etməlidirlər. Onlar Türkiyədə yaşayan qaçqınların vəziyyətinin yaxşılaşdırılmasına kömək etməlidirlər. 

Suriya böhranından qaynaqlanan qeyri sabitlik, terrora qarşı mübarizədə ölkələrin ortaq səylərinə ehtiyac olduğunu göstərir. Ölkələrin sərhədləri transmilli təhdidlərə qarşı özləri tərəfindən qoruna bilməz. Axı Avropanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyindən asılıdır".


Oxunma sayı: 1156

Oxşar yazılar