İsrail İraq hərbi obyektlərinə hücumları niyə dayandırdı? – Səbəb

  • 08 Noy - 2019

İsrailin İraqdakı hərbi bazalara təşkil etdiyi hücumların oktyabr ayının əvvəlindən birdən kəsildiyi bildirilir.

Avropa.info xəbər verir ki, iyul, avqust və sentyabr aylarında İraq daxilindəki və Suriya sərhədindəki bəzi hərbi hədəflərə kimliyi naməlum PUA-lar tərəfindən təşkil olunan hücumlar oktyabr ayında azalıb. Türkiyənin “Yeni Şafak” qəzetinin iddiasına görə, oktyabr ayından bəri baş verməyən hücumların dayanmasının səbəbi “Barış Pınarı” əməliyyatının başlaması ilə boşaldılan terror obyektləridir.

Ərəb mətbuatı hücumların Suriyanın şimal-şərqində PKK/YPG terror təşkilatının işğal etdiyi ərazilərdəki hərbi bazalardan İsrail PUA-ları tərəfindən həyata keçirildiyini iddia edirdi. 

İraq kəşfiyyatı bu iddiaları avqust ayında təsdiqləmişdi.


Oxunma sayı: 1266

Oxşar yazılar