İrandakı zəlzələ Azərbaycanın sərhəd rayonlarında da hiss olunub

  • 08 Noy - 2019

Xəbər verdiyimiz kimi, noyabrın 8-də İran ərazisində 5,9 bal gücündə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən Avropa.info-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 02:47-də qeydə alınıb.

Ocağı 2 kilometr dərinlikdə yerləşən zəlzələ Azərbaycan ərazisinin sərhəd rayonlarında (Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı) da hiss olunub.


Oxunma sayı: 661

Oxşar yazılar