BMU-nun tələbəsi qaliblər sırasında

  • 08 Noy - 2019

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin 3-cü kurs tələbəsi Yunus Babasoylu tələbələr arasında keçirilən “Nağdsız cəmiyyətə doğru” mövzusunda “Ən yaxşı məqalə” nominasiyası üzrə müsabiqədə 2-ci yerə layiq görülüb. Müsabiqə Azərbaycan Banklar Assosiasiyası (ABA) və Bank Respublika ilə birgə təşkil olunub.

Avropa.info xəbər verir ki, Y.Babasoylu “Nağdsız iqtisadiyyat: dayanıqlı bankçılığa doğru” adlı IV Beynəlxalq Bankçılıq Forumunda mükafatlandırılıb və diplomla təltif edilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd əhalinin nağdsız ödənişlər haqqında məlumatlılığını artırmaq, bu sahədə beynəlxalq təcrübənin araşdırılması və stimullaşdırma yollarının öyrənilməsi olub.

Qeyd edək ki, adıçəkilən fakültədə Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan Y.Babasoylu universitetin sosial həyatında da fəal iştirak edir. O, Tələbə Elmi Cəmiyyətinin sədr müavini, “Economics Club”un sədridir.


Oxunma sayı: 683

Oxşar yazılar