Qarabağda erməni hərbçi həbs olundu

  • 08 Noy - 2019

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində Ermənistan ordusunun 19 yaşlı hərbi qulluqçusu Erik Arutyunyanın ölümü ilə bağlı bir nəfər saxlanılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, saxlanılan şəxs sıravi K.A-dır.

Qeyd edək ki, noyabrın 4-də, saat 19:30 radələrində Qarabağdakı erməni hərbi hissəsində əsgər Erik Arutyunyan çənə nahiyəsindən güllə yarası alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin "intihar həddinə çatdırma" maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaq davam edir.


Oxunma sayı: 584

Oxşar yazılar