Bloqqer Mehman Hüseynov bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb

  • 07 Noy - 2019

Bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb. 

M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb.

31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından "Report"a faktı təsdiqləyiblər. 

Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.(report)


Oxunma sayı: 1222

Oxşar yazılar