Qvineyada qızıl mədəni çöküb, 10 nəfər ölüb

  • 07 Noy - 2019

Qvineyanın Siquiri əyalətinin Kintiqnan bölgəsində qızıl mədəninin çökməsi nəticəsində ən azı 10 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.

Bu barədə yerli hökumət nümayəndəsi bildirib. 

Yerli rəsmi əlavə edib ki, mədən əslində rəsmi şəkildə bağlı olub və insanlar orada icazəsiz çalışıblar.

Qəza qurbanları arasında üç uşağın olduğu bildirilir. (apa)


Oxunma sayı: 441

Oxşar yazılar