Bələdiyyə seçkiləri ilə bağlı 5 milyondan artıq seçki bülleteni çap olunacaq

  • 18:00 - 07 Noyabr

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Avropa.info xəbər verir ki, iclasın əvvəlində MSK-nın 5 noyabr 2019-cu il tarixli protokolu təsdiq olunub.

Daha sonra seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları təsdiqlənib.

Bildirilib ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı seçki bülletenlərinin sayı 5 milyon 20 min 287 olacaq.


Oxunma sayı: 7646

Oxşar yazılar